Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mədəniyyət işçiləri: Fəal mövqe” mövzusunda canlı müzakirəsi

18.08.2020

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə "Mədəniyyət işçiləri: Fəal mövqe" mövzusunda yeni formatlı canlı müzakirəsi keçirilib.
Müzakirə Azərbaycan milli-mədəni dəyərlərinin Ermənistan tərəfindən mənimsənilməsinə və mədəniyyət işçilərinin bu mövzuda kömək göstərilməsinə həsr olunmuşdur.
Müzakirə iştirakçıları xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir.
Mənimsəmə “Dədə Qorqud” eposundan, “Sarı gəlin” mahnısından başlayaraq, “Vağzalı», «Tərəkəmə», «Yallı», «Uzundərə», «Köçəri», «Mirzəyi» kimi xalq rəqslərimizə, lavaş və dolma yeməklərimizdən erməni vandalizminin qurbanı olan işğal altındakı tarix-mədəniyyət abidələrimizə qədər davam edir.
Mərkəzin elmi katibi Cavid Əliyev çıxış edərək, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ Qrupu”nun bu istiqamətindəki fəaliyyətindən danışdı.
İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə vurğuladı ki, işğal altında qalan tarix-mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılmasına baxmayaraq, Azərbaycan ərazisində qalan erməni abidələrinə heç bir zərər verilmir. Bu da ölkəmizin nə qədər sivil və multikultural olduğunu göstərir.
Gəncə şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva öz çıxışında qeyd etdi ki, bu vəziyyətdə mədəniyyət işçilərinin üzərinə böyük məsuliyyət düşür və bu mənimsənilmələrin qarşısının alınmasında onlar hər zaman öndə olmalıdırlar.
Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov çıxış edərək vurğuladı ki, ölkə başçısı tərəfindən aparılan uğurlu praqmatik siyasət öz nəticələri göstərir. Və biz, mədəniyyət işçiləri daha fəal olmalıyıq və işimizlə bu siyasəti davam etdirməliyik.
Müzakirə zamanı vurğulandı ki, bu mövzuda mədəniyyət işçilərinin rolu və köməyi danılmazdır.