18.08.2020
Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı, “Loqos” psixoloji və nitq inkişafı mərkəzinin psixoloqu Taciyə Mehdisoyla "Uşaq evin güzgüsüdür" mövzusunda Zoom proqramı vasitəsilə onlayn görüş keçirdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, ailədə uşağın tərbiyəsi, onun sosial-əxlaqi dəyərlərə malik olması, bir şəxsiyyət kimi formalaşması hər zaman valideyndən asılıdır. Məhz bugünki tədbirimizin məqsədi də bu aktual məsələnin müzakirəsi və mütəxəssis məsləhətindən faydalanmaqdan ibarətdir.
Psixoloq Taciyə Mehdisoy çıxış edərək ailədə valideynlərin uşaqlarına nümunə olmaq üçün necə davranmalı olmaqları, yaxın qohumların, uşaqların tərbiyəsində rolu və sair məsələlər barədə iştirakçılara geniş məlumat verdi.
Sonda Taciyə Mehdisoy iştirakçıları maraqlandıran sualları cavablandırdı.