15.08.2020
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Zoom proqramı vasitəsi ilə Bəxtiyar Vahabzadənin 95 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirmişdir. Ədəbi-bədii gecədə Gəncə şəhər 24 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təhminə Kərimova və Azərbaycan Respublikasının əməkdar artisti, Gəncə Dövlət Dram Teatrının aktrisası Rahilə Məmmədova iştirak etmişlər.