Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəxtiyar Vahabzadə - 95

13.08.2020

Samux rayon Mərkəzi Kitabxanasının işçiləri gənc, fəal oxucularla birlikdə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyinə həsr olunmuş videokonfras təşkil etdilər.
Konfransda cağdaş Azərbaycan poeziyasının, dramaturgiyasının, görkəmli nümayəndələrindən biri olan Bəxtiyar Vahabzadənin ədəbiyyatımızda, ictimai fikrimizdə, elmimizdə, dövlətçiliyimizdə göstərdiyi xidmətlər barədə danışıldı. Bəxtiyar Vahabzadənin mübariz, vətənpərvər şair olması xüsusi vurğulandı.