Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Beynəlxalq Gənclər Günü” münasibətilə onlayn tədbir keçirildi

12.08.2020

12 avqust 2020-ci il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq Gənclər Günü" münasibətilə onlayn tədbir keçirildi. Tədbirdə Qazax rayon Heydər Əliyev Mərkəzinin, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin, Gəncə MKS 16 nömrəli kitabxana filialının, Qazax multimedia kitabxanasının əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova tədbir iştirakçılarını salamladı və Beynəlxalq Gənclər Günü haqqında məlumat verdi. O, öz çıxışında qeyd etdi ki, bu əlamətdar gün gənclərə lazımı diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. Sonra Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova "Heydər Əliyev müasir Gənclər Siyasətinin banisidir", Şəmkir rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Maisə İsmayılova "Azərbaycan gəncləri dövlətin qayğısı ilə əhatə olunub", Gəncə MKS-nin 16 nömrəli kitabxana filialının kitabxanaçısı Tünzalə Ismayılova "Ölkəmizin uğurlu inkişafında gənclərin rolu", Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi İlahə Məmmədova "Gənclərin inkişafında dövlətin dəstəyi" Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanova "İlham Əliyev və gənclər siyasəti" Qazax mutimedia kitabxanasının müdiri Rufina Namazova "Azərbaycan dövlətinin gənclər siyasəti dünya üçün bir nümunədir" mövzularında çıxışlar etdilər.
Sonda Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərovaya tədbirin təşkili üçün təşəkkür etdi, Mərkəzlər və digər mədəniyyət müəssisələri arasında əməkdaşlığın bundan sonar da davam edəcəyinə ümid etdiyini bildirdi.