20.04.2020
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin videokonfransı keçirildi.
Konfransda regional idarənin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinin, Mərkəzi Kitabxana Sistemlərinin və Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak ediblər.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tapşırıqlarından, respublikada koronavirusla əlaqədar mövcud karantin qaydalarına ciddi əməl olunmasından, tədris müəssisələrində distant dərslərin keçirilməsindən danışıb.
Həmçinin idarə rəisi “Evdə qal, evdə yarat” kampaniyasına qoşulmasından, tənha, ahıl və sosial yardıma ehtiyacı olanlara köməklik göstərilməsinin vacibliyindən danışıb.