14.04.2020
Gəncə Regional Mədəniyyət İdarəsi, tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyəti, respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar, əsasən internetin geniş imkanlarından istifadə edilməklə qurulur.
14 aprel 2020-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev videokonfrans keçirib. Konfransda idarənin tabeliyində olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rəhbərləri iştirak ediblər.
Konfransda idarə rəisi Sənan Hacıyev qarşıya qoyulan məsələlərdən, Mədəniyyət Nazirliyinin tapşırıqlarından danışıb, məktəblərdə distant dərslərin keçirilməsi, “Evdə qal, evdə yarat” kampaniyasına qoşulması barədə müvafiq tövsiyə və tapşırıqlarını verib. O, həmçinin yaşı 65-dən yuxarı, təhna, ahıl və sosial yardıma ehtiyacı olan mədəniyyət işçilərinə qayğı göstərilməsinin vacibliyini vurğulayıb.