12.03.2020
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarındakı uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində eləcə də digər mədəniyyət müəssisələrində Koronovirus (COVİD-19) infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədi ilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.
Mədəniyyət müəssisələrində Sanitar Epidemioloji Stansiyası, eləcə də texniki işçilər tərəfındən bütün avadanlıqlar, dəhlizlər, otaqlar xlor, spirtlə və s. dezinfeksiya edilir.
Dezinfeksiya işləri davam etdirilir.