26.02.2020
Naftalan şəhər Uşaq Musiqi Məktəbində 26 fevral “Xocalı Soyqırımı” faciəsinin 28-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru çıxış edərək, XX əsrin bir çox soyqırım və etnik təmizləmə cinayətlərindən ən dəhşətlisi-Xocalı soyqırımının təşkilatçıları və icraçılarının bəşəriyyətə qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunacaqlarını bildirdi. Məktəbin şagirdi Rəmziyyə Babazadə “Xocalı soyqırımı” barədə kollektiv qarşısında məruzə ilə çıxış etdi.
Daha sonra məktəbin şagirdlərinin hazırladığı “Parçalandı Xocalım” adlı ədəbi-bədii kompozisiya dinlənildi.
Tədbirin sonunda 26 fevral “Xocalı Soyqırımı” faciəsinə həsr olunmuş film nümayiş etdirildi.