Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalıya Ədalət-Qarabağa Azadlıq” adlı altında dəyirmi masa

21.02.2020

Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq “Xocalıya Ədalət-Qarabağa Azadlıq” başlığı altında dəyirmi masa təşkil edildi.
İştirakçıların hər biri ayrı-ayrılıqda Xocalı faciəsi ilə bağlı geniş və ürəkdağlayıcı faktlarla çıxış etdilər. Göygöl rayon Qızılca kənd Raquf Rzayev adına orta məktəbin şagirdləri və Fizika-Riyaziyyat,İnformatika Təmayüllü Litseyin şagirdlərinin ifasında şeirlər səsləndi, ədəbi-bədii kompozisiya ilə çıxışlar oldu.
Sonda Xocalı Faciəsini əks etdirən film nümayiş olundu, kitab sərgisinə baxış keçirildi.