Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı faciəsinin izləri ədəbiyyatımızda” adlı kitab sərgisi

24.02.2020

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 №-li kitabxana filialında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsinin izləri ədəbiyyatımızda” adlı kitab sərgisi təşkil olundu.
Kitabxananın əməkdaşı Könül Mirxudayeva qeyd etdi ki, Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını yaşayırıq, Xocalı və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Gənc nəsil bu faciənin ağrı – acılarını tarixi faktlarla yanaşı, belə kitablardan da oxuyub öyrənməlidirlər. Könül Mirxudayeva sərgidə nümayiş olunan Xocalı faciəsi haqqında yazılmış ədəbiyyatlarala oxucuları tanış etdi.
Tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən 50-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitabları, dövri mətbuat materiallarını, fotoşəkilləri əhatə edən sərgi ilə tanış oldular.
Könül Mirxudayeva qeyd etdi ki, Azərbaycanda heç kim dəhşətli qan yaddaşımızı unutmayıb: “Gələcək nəsillərin bunu unutması mümkün deyil. Bizim məqsədimiz gənc nəsilə bunu aşılamaq, tariximizi təbliğ etmək, gənclərdə vətənpərvərlik hisslərini oyatmaqdır”.