24.02.2020
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2, 6, 7, 9, 17, 19 №-li kitabxana filialları birlikdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Tarixin faciəsi” adlı ədəbi-bədii kompozisiya keçirildi.
Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi.
Tədbirdə çıxış edənlər erməni vəhşiliyindən, Xocalı soyqırımını həyata keçirənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlarından, şəhid şəhər Xocalının yağı düşməndən azad ediləcyindən, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağından danışdılar. Bu soyqırımın təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət olduğu iştirakşıların nəzərinə çatdırıldı.
Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olundu. Məktəblilər Xocalıya aid şeirlər səsləndirdilər və mahnılar ifa etdilər, “Haray çəkən Xocalım” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Tədbir “Xocalıya ədalət” adlı sərgisinə baxışla sona çatdı.