Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı-xalqımızın qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya

19.02.2020

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 və 21 №-li kitabxana filialları birgə Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı-xalqımızın qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya keçirtdilər.
Xocalı Soyqırımına həsr edilmiş tədbirdə  23 №-li tam orta məktəbin, Gəncə şəhər internat tipli xarici dillər təmayüllü Gimnaziyanın müəllim və şagirdləri və kitabxana işçiləri iştirak etdilər.
Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi. Tədbiri giriş sözü ilə 15 №-li kitabxana filialının müdiri Atlaz Cəfərova  açaraq  Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verdi. O, ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra şagirdlər Xocalıya aid şeirlər səsləndirdilər və mahnılar ifa etdilər. Məktəblilər “Xocalı fəryadı” başlığı altında ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğuladı. Çıxış edənlər Prezident cənab İlham Əliyevin Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışdılar.
Tədbirdə Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olundu. Tədbirin sonunda iştirakçılar “Bir yurd vardı-Xocalı” adlı sərgi ilə tanış oldular.