Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı-Qisas çağırışı, fəryad səsidir” mövzusunda ədəbi-bədii kompozisiya

24.02.2020

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 4 saylı  şəhər orta məktəblə birlikdə 26 fevral Xocalı soyqırımı günü ilə əlaqədar “Xocalı-Qisas çağırışı, fəryad səsidir” mövzusunda ədəbi-bədii kompozisiya keçirdi.
Tədbiri giriş sözü ilə 1saylı kitabxananın əməkdaşı Günay Əmiraslanova açdı. O, xalqın qan yaddaşı olan Xocalı  faciəsindən  28 il keçməsinə baxmayaraq bu gün də ürəkləri ağrıtığını bildirdi.
Xocalı Soyqrımını əks etdirən “Xocalı-Qisas çağırışı, fəryad səsidir” başlığı altında ədəbi- bədii kompozisiyada  faciədə şəhid olan günahsız insanlar  tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edildi. XX əsrin ən dəhşətli və qanlı faciələrdən biri olan Xocalı haqqında tədbirdə 4 saylı orta məktəbin şagirdləri tərəfindən  Xocalını əks etdirən səhnəciklər göstərildi, şeirlər və bayatılar söylənildi. Vurğulandı ki, bizim xalqımız erməni vəhşiliklərini gərək heç vaxt unutmasınlar.
Tədbirin sonunda iştirakçılar “Xocalı-Qisas çağırışı, fəryad səsidir” adlı sərgiyə baxış keçirdilər.