21.02.2020
Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Tövlədərəsi kənd kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımını unutma!” anım saatı keçirilmişdir.
Əvvəlcə Azərbaycan şəhidlərinin, Xocalı Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə kitabxananın müdiri Məlahət Xudaquliyeva 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində baş verən qanlı faciədən danışdı.
Tədbirdə 55 saylı tam orta məktəbin şagirdləri iştirak edirdilər.