Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrin faciəsi” adlı tədbir keçirildi

21.02.2020

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sarıdaş kənd kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Əsrin faciəsi” başlığı altında tədbir keçirilmişdir.
Şəhidlərin soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə kitabxananın müdiri Nazanı Bayramova çıxış etdi. O, 1992-cı ildə fevral ayının 25-dən 26-na keçən gecə xocalıda baş vermiş soyqırımdan ətraflı danışdı.
Tədbirdə 9 saylı tam orta məktəbin şagirdləri iştirak edirdilər.