24.02.2020
Xocalı şəhər 1 №-li Uşaq Musiqi Məktəbinin Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
İlk öncə Xocalı Şəhidləri üçün ucaldılmış abidənin önünə qərənfillər düzüldü. Sonra isə tədbir məktəbin akt zalında davam etdirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra Xocalı şəhər 1 №-li Uşaq Musiqi Məktəbinin direktoru Ziya Aşırov tədbiri açaraq, tədbir haqqında məlumat verdi. Xocalı faciəsinin tanıdılması üçün, ölkə başçımız cənab İlham Əliyevin, Vitse Prezident Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın gördüyü böyük işlərdən danışdı.
Sonra Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov və Xocalı rayon İcra Hakimiyyətinin məsul işçisi Xaliq Əkbərov çıxış etdilər.
Tədbir məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya və səhnəciklərlə davam etdirildi.