Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalılar, Xocalı Soyqırımının 28-ci ildönümünü qeyd etdilər

21.02.2020

Xocalı rayon Mədəniyyət Evində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xocalı rayon İcra Hakimiyyəti və Xocalı rayon mədəniyyət evinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
İlk öncə Xocalı abidəsi önünə gül dəstələri qoyuldu. Daha sonra rayon mədəniyyət evinin qarşısında təşkil edilmiş fotostent və kitab sərgisinə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiə Qarayeva şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Daha sonra Xocalı Soyqırımından bəhs edən sənədli film nümayiş etdirildi.
Tədbirdə çıxış edən şəhid ailələri öz başlarına gətirilən müsibətlərdən danışdılar və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab prezidentə minətdarlıq bildirdilər.
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qaçqınların və məcburi köçkünlərin həyat və şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, dövlətimizin onlara qayğısından danışdı. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Xocalı faciəsinin baş verməsinin o vaxtakı hakimiyyətin səriştəsizliyinin nəticəsi olduğunu qeyd etdi və bildirdi ki, Ulu Öndərin davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasət sayəsində doğma torpaqlarımız tezliklə işğaldan azad olunacaq.
Tədbir ehsan süfrəsi ilə yekunlaşdı.