20.02.2020
Goranboy rayon Mərkəzi Kitabxananın qarşısında Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsini unutma!” adlı kitab sərgisi təşkil olundu.
Sərgidə Xocalı faciəsini əks etdirən 50-dən çox kitab və dövrü mətbuat materialları nümayiş etdirildi.
Xidmət şöbəsinin işçiləri sərgi iştirakçılarına bildirdilər ki, Xocalı qətliamı kimi anılan XX əsrin ən dəhşətli genosid cinayətlərdən biri - əsrin faciəsi olan Xocalı Soyqırımı və ermənilərin 2 əsrdən artıq müddətdə xalqımıza qarşı törətdiyi soyqırım cinayətləri bu günə kimi cəzasız qalmışdır.
İnanırıq ki, dinc insanları məhv edən cinayətkarlar, tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcək və layiqlı cəzalarını alacaqlar.