18.02.2020
Samux rayonunun yaranmasının 28-ci illiyinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiram əlaməti olaraq onun abidəsi önünə gəldilər, abidə önünə təzə-tər çiçəklər düzdülər.
Samux rayon Heydər Əliyev Mərkəzində tədbir başladı. Tədbiri giriş nitqi ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev rayonun tarixindən, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin Samux rayonuna göstərdiyi diqqət və qayğıdan, rayonda gənclər siyasətinin uğurla həyata keçirilməsindən söhbət açdı.
Tədbirin bədii hissəsindən Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin Xalq çalğı alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etdi.
Məktəbin müəllimləri – Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, eləcə də Fuad Ramazanov, İslam Əlizadə, Hüseyn Abbasov və başqaları öz musiqi nömrələri ilə tədbir iştirakçılarında xoş ovqat yaratdılar.