Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan şahinlərinin qəhrəmanlıq şücaəti”

14.02.2020

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16№-li kitabxana filialında Azərbaycan Hərbi Hava Qüvvələri gününə həsr olunmuş, “Azərbaycan şahinlərinin qəhrəmanlıq şücaəti” mövzusunda məlumat saatı keçirildi. Kitabxananın müdiri Lyudmila Axundova Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin yaranması tarixindən söhbət açdı. O, qeyd etdi ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. 1992-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub... 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. 2008-2010-cu illər ərzində HHQ-nin aviaparkı modernləşdirilib. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər. Lyudmila Axundova Ulu öndər Heydər Əliyevin sözlərilə davam etdi: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını və Azərbaycan ərazisini daim qorumağa qadirdilər”... Xalqımız inanır ki, Ulu öndərin layiqli davamçısı cənab prezident İlham Əliyevin komandanlığı altında öz tarixi torpaqlarımız geri qaytarılacaq, respublikamızın ərazi bütövlüyü təmin ediləcək, dövlət bayrağımız Şuşada, Xankəndində, Laçında və işğal altında olan digər torpaqlarımızda vüqarla dalğalanacaq. Tədbirdə 29 №-li orta məktəbin şagirdləri iştirak etdilər.