07.02.2020
Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 1 saylı kitabxana filialında, əfsanəvi Milli Qəhrəmanımız, dünyanın hər yerindən görünən ən uca zirvə - ŞƏHİDLİK zirvəsinə ucalmış ölməz Mübariz İbrahimovun doğum günü münasibətilə "Vətən üçün qanla yazılan dastan" adlı anım günü keçirilmişdir.
1 saylı kitabxana filialın müdiri Züleyxa Məlikova qəhrəmanımızın keçdiyi şücaətli döyüş yolundan, göstərdiyi misilsiz igidliyindən danşdı. 4 saylı tam orta məktəbin müəllimi Xuraman Abbasova qəhrəmanın uşaqlığından, arzularından söz açdı.
Kitabxananın oxucuları Murad Əhmədli, Eyyub Əliyev, Səkinə Seyfullayeva və başqaları şəhidlərimizə həsr edilmiş şeirlər söylədilər.
Sonda tədbir iştirakçıları, Azərbaycanın Milli Qəhrəmanlarına, şəhidlərə həsr olunmuş kitab sərgisinə baxdılar.