31.01.2020
Goranboy rayon Heydər Əliyev Mərkəzində 02 fevral – Gənclər günü münasibəti ilə «Gənclər üçün böyük örnək-Heydər Əliyev dühası» adlı dəyirmi masa keçirildi.
Tədbiri Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açıq elan edərək bildirdi ki, 2 fevral Ümumrespublika Gənclər günüdür. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.
Sonra Gənclər İnkşaf və Karyera Mərkəzinin könüllülər üzrə mütəxəssisi Rufan Feyzullayev öz çıxışında bildirdi ki, Prezident cənab İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.