Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağ diş” romanının təqdimatı

27.01.2020

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində məşhur Amerika yazıçısı daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi Cek Londonun “Ağ diş” romanının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq tədbirin əsas məqsədi və mahiyyəti haqqında məlumat verdi. Bildirdi ki, əsər yarı canavar, yarı it olan bir canavarın həyat hekayəsindən bəhs edir. Həmçinin “Ağ diş” vəhşi bir heyvanın timsalında həm həyata, həm də insanların dünyasına tənqiddir. Qeyd olundu ki, roman həm böyüklər, həm də məktəblilər üçün nəzərdə tutulmuşdur.
Tədbirdə uşaq kitabxanasının müxtəlif yaş qruplarından olan oxucuları iştirak etdi.