Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Faciənin fotosu” sənədli filmin nümayişi

24.01.2020

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Fotoqrafları Birliyi tərəfindən çəkilən "Faciənin fotosu" adlı tammetrajlı sənədli filmin nümayişi oldu.
Film Azərbaycan Fotoqrafları Birliyinin üzvləri, "ARTMAX" layihəsinin rəhbəri Ayaz Mikayılzadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbəri və məsləhətçisi Mirnaib Həsənoğludur. Filmdə Azərbaycanın fotoqrafları Fərid Əşrəfoğlu, Asim Talıb, Mehdi Abbasov, Malik Şərifov, Fərid Xayrulin, Rauf Umudov, Rasim Sadıqov, Tahir Cəfərov, Mirnaib Həsənoğlu və başqaları o zaman çəkdikləri fotoların, o günlərin xatirələrini bölüşmüşlər. Filmdə AFB, AzərTaç, ARTFAKTOR Agentliyinin və fotoqrafların şəxsi arxivlərindən, dünyasını dəyişmiş fotoqrafların arxivlərini saxlayan insanların fikirləri filmdə öz əksini tapıb. Filmdə təqdim olunan fotoların çoxu ilk dəfə olaraq nümayiş olunub.
Film fotoqrafların fotoqraflar haqqında çəkdiyi ilk eksperimental filmdir.
20 Yanvar faciəsi tariximizin qanla yazılmış unudulmaz səhifəsidir.