Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaq əməyinin istismarının qarşısının alınması” adlı seminar-müşavirə

24.01.2020

Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional Ərazi şöbəsinin “Uşaq Əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici seminar-müşavirəsi keçirildi.
Seminar-müşavirəni Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional Ərazi şöbəsinin rəisi Ayaz Rəhimov açdı.
Sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə Regional Ərazi şöbəsinin müfəttişi Arzu Əliyev “Uşaq əməyinin istismarı, məcburi əməyə cəlb edilmənin qarşısının alınması və 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri” mövzusunda, baş əmək müfəttişi Natiq Bayramov “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda, Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Uşaq əməyinin hüquqi aspektləri” mövzusunda çıxış etdilər.
Müşavirədə həmçinin Gəncə şəhər Baş Polis İdarəsinin azyaşlılar üzrə bölmə rəisi polkovnik-leytenant Babək Sadıqov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Sahib Axundov, “Narinc” Uşaq Psixologiya Mərkəzinin şöbə müdiri Aygul Qəribova, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov çıxış etdilər.
Çıxışlarda Azərbaycan Respublikasının, uşaq əməyinin istismarına qarşı fəal siyasət aparan ölkələrdən biri olması müşavirə iştrakçılarının diqqətinə çatdırdı.