18.01.2020
20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar keçirilən tədbiri məktəbin direktoru Müşafərim Əsgərova açdı.
Azərbaycanın azadlığı, suverenliyi uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sukutla yad edildi.
Məktəbin nəzəriyyə müəllimi Nuranə Paşayeva 20 Yanvar faciəsi barədə ətraflı çıxış etdi.
Sonra şəhidlərə həsr olunmuş videoçarx izlənildi.
Məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirləri musiqi sədaları altında təqdim etdilər.