Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər 2 №-li Uşaq Musiqi Məktəbində xatirə saatı keçirildi

18.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Gəncə şəhər T.Hacıyev adına 2 №-li Uşaq Musiqi Məktəbində xatirə saatı keçirildi.
Tədbiri məktəbin direktoru Qahirə Məmmədova açdı. Azərbaycan ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda seirlər, mahnılar səsləndi, ədəbi-bədii kompozisiya təqdim olundu.