18.01.2020
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Gəncə şəhər T.Hacıyev adına 2 №-li Uşaq Musiqi Məktəbində xatirə saatı keçirildi.
Tədbiri məktəbin direktoru Qahirə Məmmədova açdı. Azərbaycan ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda seirlər, mahnılar səsləndi, ədəbi-bədii kompozisiya təqdim olundu.