17.01.2020
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Naftalan şəhər Heydər Əliyev Mərkəzində xatirə tədbiri keçirildi.
Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev açaraq qeyd etdi ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir.
“20 Yanvar Qan yaddaşımızdır” məruzəsi ilə şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin tarix müəllimi Nəzirə Dəmirova çıxış etdi.
Sonra Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Ramilə Həsənova çıxışında 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçmiş sovet imperyası tərəfindən törədilən dəhşətli qırğından danışdı.