17.01.2020
Goranboy rayon Düzqışlaq kənd Uşaq Musiqi Məktəbində "20 yanvar faciəsinin 30-cu ildönümü" ilə əlaqədar tədbir keçirildi.
Məktəbin direktoru Kazım İsmayılov 20 yanvar faciəsində həlak olmuş, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini qeyd etdi.
Sonra 20 yanvar faciyəsinə həsr olunmuş kiçik yaşlı rəssamların rəsm əsərləri nümayiş etdirildi, şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylənildi və tədbir əbədi-bədii kompozisiya ilə başa çatdı.