18.01.2020
Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə Nizami Məqbərəsinin kollektivi, Xocalı rayon məktəbliləri və qəsəbə sakinləri iştirak etdilər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 20 yanvar faciəsi haqqında məruzə ilə çıxışlar dinlənildi. Məktəblilər bədii kompozisiya ilə çıxış etdilər. 20 yanvar faciəsini əks etdirən rəsm əsərləri ilə tanış oldular.