Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında xatirə gecəsi keçirildi

17.01.2020

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş xatirə gecəsi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirildi.
Tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov açaraq 20 Yanvar faciəsinin 30 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2019-cu il tarixli müvafiq saylı Sərəncamını diqqətə çatdırdı.
Azərbaycanın azadlığı, suverenliyi yolunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bəxtiyar Muradov öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 29 dekabr 2019-cu il tarixli müvafiq saylı əmrinə əsasən respublikamızın digər şəhər və rayonlarında olduğu kimi Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Sonra Azərbaycan Respublikasının xalq artisti Rafael Bayramovun bədii rəhbəri və dirijoru olduğu Gəncə Dövlət Kamera Orkestrinin konserti tədbir iştirakçılarına təqdim olundu.