Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər İsrafil Məmmədovun Xatirə Ev Muzeyində xatirə saatı keçirildi

17.01.2020

Gəncə şəhər İsrafil Məmmədovun Xatirə Ev Muzeyində 20 Yanvar faciəsinin otuzunçu ildönümü ilə əlaqədar xatirə saatı keçirildi.
İlk öncə tədbiri muzeyin direktoru Eldəniz Babayev açdı. Azərbaycanın azadlığı, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirində Gəncə şəhəri Nizami rayonu Müharibə və Əmək Veteranları Şurasının sədri, müharibə və əmək veteranı Tofiq Hüseynov, əmək veteranı Sabir Rüstəmov, muzeyin əməkdaşı Mübariz Sadıxlı və başqaları çıxış etdilər.
Sonda Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olundu.