Kəlbəcər rayon Mərkəzi Kitabxanada 20 yanvar faciəsinin 30 illiyi ilə əlaqədar olaraq “Azadlıq Fədailəri” başlığı altında tədbir keçirildi.
Tədbirdə 9 saylı tam orta məktəbin şagirdləri iştirak edirdi. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin kitabxanaçısı Aynurə Hüseynova açaraq bildirdi ki, 1990-cı ilin yanvar ayının 19 dan 20-nə keçən gecə Bakıda baş verən qanlı faciədən danışdı.
Tədbirdə Mərkəzi Kitabxananın direktoru Sadiqə Quliyeva çıxış edərək bildirdi ki, bu hadisələri öz gözləri ilə görmüş həmin gecə yaşanan faciənin şahidi olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədilmişdir.
Tədbirin sonunda şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylədilər, 20 yanvar faciəsinə həsr olunmuş kitab sərgisinə baxış keçirilmişdir.