17.01.2020
Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 №-li kitabxana filialında 20 yanvar ümumxalq hüzn gününün 30-cu ildönümü ilə əlaqədar “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” başlığı altında mövzu gecəsi keçirildi.
Tədbiri filialın müdiri Esmira Həsənova açaraq 20 yanvar faciəsinin 30-cu ildönümünün qeyd olunması haqqında məlumat verdi və bir dəqiqəlik sükutla 20 yanvar şəhidlərinin xatirəsi yad edildi.
Sonra çıxış etmək üçün söz Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyevaya və Rəsm Qalereyasının direktor əvəzi Məhbubə Həsənovaya verildi. Onlar da öz növbəsində 20 yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini xüsusi vurğuladılar bir yara olduğunu vurğuladılar.
Tədbirin sonunda 20 yanvar faciəsini əks etdirən kitab sərgi nümayiş etdirildi.