17.01.2020
Gəncə şəhər Mirzə Şəfi Vazeh Muzeyində Gəncə şəhər Nizami Gəncəvi adına Tarix-Diyarşunaslıq Muzeyinin kollektivi ilə birgə 20 yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad etmək məqsədi ilə “20 Yanvar - Qan yaddaşımız” adlı tədbir keçirilmişdir.
Tədbir 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Gəncə şəhər Nizami Gəncəvi adına Tarix- Diyarşunaslıq Muzeyinin direktoru Aygün İmanova və hər iki muzeyin əməkdaşları da qeyd etdilərki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazıblar.
Sonda 20 yanvar faciəsini əks etdirən “20 Yanvar - Qan yaddaşımız” adlı sənədli film izlənidi.