16.01.2020
Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Aşağı Ayrım kənd kitabxana filialında 20 yanvar Ümumxalq hüzn gününün 30 illiyi ilə əlaqədar olaraq “Ağla qərənfil, ağla” başlığı altında tədbir keçirilmişdir.
Tədbirdə 21 saylı məktəbin şagirdləri və tarix müəllimi Əziz Muradov iştirak etmişlər.
Filialın müdiri Pərvanə Abbasova çıxış edərək bildirdi ki, 1990-cı il 20 yanvar günü Bakı şəhərində sovet qoşunlarının Azərbaycan xalqına qarşı faciə törətilməsindən danışdı.
Tədbirin sonunda məktəblilər 20 yanvar faciəsinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.