Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar – Qan yaddaşı” adlı tədbir

15.01.2020

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sarıdaş kənd kitabxana filialında 20 yanvar Ümumxalq hüzn gününün 30 illiyi ilə əlaqədar olaraq “20 Yanvar – Qan yaddaşı” başlığı altında tədbir keçirilmişdir.
Tədbirdə 11 saylı məktəbin şagirdləri iştirak etmişlər.
Filialın müdiri Nazanı Bayramova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı faciə haqqında məktəblilərə məlumat verdi. O söylədi ki, bu tarix həm də Azərbaycan övladlarının qəhrəmanlıq səlnaməsidi. 20 yanvar şəhidləri Azərbaycanın ilk azadlıq carçılarıdır. Hər il xalqımız bu faciəni yad edir. Hər il 20 yanvar günü minlərlə insan vətənin azadlığını və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının xatirəsini ehtiramla yad edirlər. İllər keçəcək, nəsillər dəyişəcək ancaq vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Tədbirin sonunda məktəblilər şəhidlərə aid şeirlər söyləmiş və kitab sərgisi ilə tanış oldular.