15.01.2020
Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Allıkənd kənd kitabxana filialında 20 yanvar Ümumxalq hüzn gününün 30 illiyi ilə əlaqədar olaraq “20 yanvar – Azadlıq carçıları” başlığı altında tədbir keçirilmişdir.
Tədbirdə 9 saylı məktəbin şagirdləri iştirak etmişlər.
Filialın müdiri Mahirə Həsənova çıxış edərək bildirdi ki, 1990-cı il yanvar ayının 19 dan-20 keçən gecə XI-ci Qızıl ordunun əsgərləri Bakıya hücum etmiş əliyalın günahsız insanlara gülələr açmış, tanklar altdın əzmişdir. Həmin gecə azyaşlı uşaqlarda bu faciənin qurbanı olmuşdur. Sizin həmyaşıdlarınız olan Larisanın, İlqarın, Nərimanın və s. onlar kimi yüzlərlə insanın həyatına son qoyulmuşdur. Azərbaycanın ilk azadlıq carçıları olan 20 yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşıyacaq.
Tədbirin sonunda məktəblilər 20 yanvar faciəsinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.