28.12.2017
28 dekabr 2017-ci il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirildi.
Məktəbin direktoru Almaz Əliyeva tədbir iştirakçılarını salamladı, onlara yeni il arzularını bildirdi. O, 2017-ci ildə pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri təltif etdi.
Sonra Naftalan şəhər uşaq musiqi məktəbinin xor kollektivi, xalq çalğı alətləri ansamblı, vokal qrupu Azərbaycan və xarici bəstəkarların əsərlərindən, aşıq havalarından, xalq mahnı və rəqslərindən ibarət konsert proqramı təqdim etdilər. Tədbirin sonunda “Şaxta baba” ilə “Qar qız” şagirdlərə bayram hədiyyələri verdilər.