Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı rayonunda Həmrəylik günü və Yeni il bayramı qeyd olundu

30.12.2019

Xocalı rayon Mədəniyyət evində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibiti ilə tədbir iştirakçılarını təbrik etdi. Qeyd  etdi  ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. 
Sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Əliyev tədbir iştirakçılarını salamlayaraq Xocalı rayon ictimaiyyətini rayonumuzun başçısı cənab Şahmar Usubov adından təbrik etdi.
Tədbir zamanı Xocalı şəhər 1 və 3 nömrəli musiqi məktəbinin hazırladıqları rəqslər, bayram əhval-ruhiyyəli milli ruhda mahnılar,  Xocalı rayon Mədəniyyət evinin hazırladıqları səhnəciklər, Şaxta baba və Qar qızın Yeni il sərgüzəştləri tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.