Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində bayram konserti

28.12.2019

Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin filialında 31 dekabr – dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilin gəlməsi münasibəti ilə bayram konserti oldu.
Məktəbin direktoru Ramail Atayev bütün kollektivi bayramlar münasibəti ilə təbrik etdi.
Konsertdə məktəbin ifasında rəngarəng musiqi nömrələri ifa olundu.
Sonda məktəbin xanəndə sinfinin şagirdləri bəstəkar Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnısını təqdim etdilər.
Konsertdən əvvəl iştirakçılar məktəbin foyesində təsviri incəsənət şöbəsinin şagirdlərinin “Yeni il” rəsm sərgisi ilə tanış oldular.