Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcər rayon Mədəniyyət evi hərbi hissədə konsert təqdim etdi

28.12.2019

31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin “Dəlidağ” xalq çalğı alətləri ansamblının və zurnaçılar ansamblının üzvləri “N” saylı hərbi hissədə əsgər və zabitlərin qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.
Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə baş məsləhətçisi Hacı Əmrahov və Mədəniyyət evinin direktoru Akif Bayramovəsgərlərimizi bayram münasibəti ilə təbrik etmişlər.
Müğənnilər Tariyel Vəliyev, Anar Hümbətov, Gülü Kəlbəcərli zövqə oxşayan mahnılar təqdim etmişlər.
Sonda hərbi hissə komandanlığı tərəfindən mədəniyyət işcilərinə diplomlar vəfəxri fərmanlar təqdim olunmuşdur.