29.12.2017
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Naftalan şəhəri Heydər Əliyev adına Parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi. Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı cənab Natiq Aslanov çıxış edərək iştirakçıları salamladı, bayram təbriklərini bildirdi.
O, Naftalan şəhərinə göstərdikləri diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, “Heydər Əliyev Fondu”nun Prezidenti, Respublikanın I Vitse Prezidenti Mehriban xanım Əliyevaya naftalanlıların minnətdarlığını və bayram təbriklərini ünvanladı.
Sonra Gəncə şəhər Mədəniyyət Mərkəzinin “Arzum” xalq çalğı alətləri ansamblının maraqlı konsert proqramı tədbir iştirakçılarına təqdim edildi.
Gəncə Dövlət Kukla Teatrı aktyorlarının ifasında Şaxta baba və Qar qız bayram tədbirinin iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdilər.
Ümumşəhər bayram tədbirinin sonunda uşaqlara bayram hədiyyələri paylanıldı.
Tədbir böyük ruh yüksəkliyi ilə başa çatdı.