Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayon Xalq Teatrının ilk tamaşası

28.12.2019

Goranboy rayon Mədəniyyət Mərkəzində fəaliyət göstərən Xalq Teatrının təqdimatında ilk tamaşa nümayiş etdirildi.
Tamaşada dahi bəstəkarımız Üzeyir Hacıbəylinin  “O, olmasın bu olsun”  musiqili komediyası tamaşaçılara təqdim olundu.
Tamaşada rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayon ictimaiyyətinin fəalları və nümayəndələri iştirak etdilər. Premyera tamaşaçılar tərəfindən yüksək zövqlə izlənildi və hərarətlə alqışlandı.