26.12.2019
Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhəri 32 №-li tam orta məktəbin 3c sinfinin müəllimi Rəna Əliyevanın təşkil etdiyi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar “Azərbaycan yurdum mənim” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirdə Gəncə şəhər Təhsil İdarəsinin metodistləri, Gəncə şəhər 32 №-li tam orta məktəbin direktoru Tutu Hüseynova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Daşdəmirova, məktəbin müəllim və şagirdləri, Gəncə şəhər 5 №-li tam orta məktəbin direktoru Bəhram İmranov, Mərkəzin əməkdaşları, MKS-nin 16 №-li kitabxana filialının əməkdaşları, Gəncə Maarif Evinin əməkdaşları iştirak etdilər.