Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində konsert

25.12.2019

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik gününə və Yeni İl bayramına həsr olunmuş fortepiano şöbəsinin birinci sinif şagirdlərinin konserti keçirildi.
Tədbiri məktəbin fortepiano şöbəsinin müdiri ElnarəZülfüqarova açdı. O, səhnədə ilk addımlarını atan şagirdləri təbrik etdi və uğurlar dilədi.
Konsertdə F.Əmirov, Betxoven, Kerşner, Rubbax, Sperontez, Julyeva və digər bəstəkarların əsərləri səsləndi.
Məktəbin xor kollektivi "Yeni il" ingilis mahnısı ilə konserti yekunlaşdırdı.