25.12.2019
Goranboy rayon Dövlət Rəsm Qalereyasında 31 dekabr – Azərbaycanləların Həmrəylik günü və Yeni ilin gəlişinə həsr olunmuş sərgi təşkil edildi.
Sərginin tamaşaçıları Goranboy rayon Yeni yol məktəbinin 8-ci sinif şagirdləri, mədəniyyət işçiləri olmuşdur.
Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək tədbir iştirakçılarını Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi və bildirdi ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etmişdir. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı.Artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.