Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Həmrəyliyimiz milli birliyimizdir”

29.12.2017

29 dekabr 2017-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın oxu zalında 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik günü (1991) münasibətilə “Həmrəyliyimiz milli birliyimizdir” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq tədbir iştirakçılarını Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə təbrik etdi. Sevda Əliyeva çıxış edərək bildirdi ki, bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi, həmrəyliyin banisıdir. Sonra Mərkəzi Kitabxananın əməkdaşları Zoya Məmmədova, Nəzakət Talıbova, Günel Vəliyeva, rayon Mədəniyyət mərkəzinin əməkdaşı Asəf Cavadov məruzə ətrafı çıxışlar etdilər. Sonda tədbir iştirakçıları “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik gündür” adlı sərgi ilə tanış oldular.